19 oktyabrda RIM Blackberry proqramlarını pulsuz edəcək?

2
599
19 oktyabrda RIM Blackberry proqramlarını pulsuz edəcək?
19 oktyabrda RIM Blackberry proqramlarını pulsuz edəcək?

Məlum olduğu kimi keçən həftə RIM şirkətinin serverlərində xəta olmuşdu. Ona görə də Rusiya, Avropa, Latın və Şimali Amerika ölkələrindəki Blackberry İstifadəçiləri poçt xidmətindən, veb-səyahətçidən və İnternetlə əlaqəli digər servislərdən istifadə edə bilməmişdilər. Bu hadisədən sonra RIM şirkətinin ünvanına çoxlu sayda şikayət daxil olmuşdu və RIM şirkəti yalnız 3 gün keçdikdən sonra serverləri bərpa edə bilmişdi. Ona görə də şirkət İstifadəçilərdən üzr istəmək qərarına gəlib. Şirkət üzr istəməyi sözdə deyil əməldə də yerinə yetirir və proqramlarını müvəqqəti olaraq pulsuz etmək qərarına gəlib.

RIM şirkətinin idarə heyətindən olan Mayk Lazaridis (Mike Lazaridis) bildirib ki, şirkət müştərilərinin sədaqətinə inanır və 12 il ərzində smartfon bazarında özünü göstərmiş Blackberry tezliklə tam bərpa olunacaq. Üzr əlaməti olaraq Kanada şirkəti müştərilərə çoxlu sayda pulsuz proqram təklif edir. 19 oktyabrdan etibarən BlackBerry App World-də pulsuz olaraq SIMS 3, Bejeweled, N.O.V.A, Shazam Encore və Vlingo Plus kimi oyunları yükləmək olacaq. Pulsuz proqram və oyunlar 31 dekabra kimi yüklənmədə qalacaq. Şirkət həmçinin korporativ müştərilərdən də üzr istəmək qərarına gəlib və onlara 1 ay pulsuz texniki-dəstək təklif edib.

2 ŞƏRH

FİKRİNİZİ BİLDİRİN

Please enter your comment!
Please enter your name here