2013-cü ilin ən güclü 5 smartfonu [mobil]

0
1984

Smartfon müqaisə
Sözün əsl mənasında məhsuldar smartfon almaq çox çətindir, çünki nüvələrin sayı həmişə yüksək məhsualdarlığa işarə deyil. Biz sizlər üçün 2013-cü ildə çıxan ən güclü 5 smartfonu seçdik.

1. iPhone 5s (Bakıda qiyməti 845 AZN)
Ən məhsuldar telefon kimi məhz iPhone 5s irəlidədir. Baxmayaraq ki prosessorundakı nüvələrin sayı 2-dir.

iPhone 5s

iPhone 5s-in birinci olmasının bir-çox səbələri vardır. Bunlardan birincisi əlbəttə ki 64-bitlik prosessordur. Onu da nəzərinizə çatdıraq ki, digər mobil telefon istehsalçıları hələ gələn il 64 bitlik sistemə keçəcəklər. İkinci səbəb iOS əməliyyat sistemidir. Bu iOS smartfona yüksək sürət və məhsuldarlıq verir. Android smartfonların hələ bu səviyyəyə çatmasına çox var.

2. LG G2 / Nexus 5 (Bakıda qiyməti 600 AZN)
Bilməyənlər üçün xatırladaq ki, LG Nexus 5 və LG G2 bunlar qohum smartfonlardılar. Onlar eyni baza üzərində qurulub, eyni materialdan düzəldilib. Amma biri Google şirkətinin etalon aparatıdır, digəri isə LG-nin flaqman smartfonudur.

Google Nexus 5 (1)

LG G2 dörd nüvəli  Qualcomm Snapdragon 800 proessoru və hər nüvəsi də 2,26 Hhz sürətlə çalışan Krait 400 prosessor özəyi üzərində qurulub. Qrafik çip 450 Mhz sürətli Adreno 330 və operativ yaddaşı isə 800 Mhz sürətli 2 Gb həcmlidir.

3. Samsung Galaxy Note 3 (Bakıda qiyməti 754 AZN)
Payızda təqdim olunan smartped Samsung Galaxy Note 3 koreyalı istehsalçının pərəstişkarlarını məyus etməyib. Yenilik yüksək məhsuldarlığa sahib oldu və özünün balaca qardaşı olan Galaxy S4-ü keçdi.

Samsung Galaxy Note 3Rəsmi olaraq satışa Galaxy Note 3-ün iki müxtəlif  platforma üzərində qurulmuş versiyası buraxıldı: Snapdragon 800Exynos 5420. Yəni dörd nüvəli və səkkiz nüvəli. Əlbəttə ki Exynos 5420 prosessoru ilə təchiz olunmuş Galaxy Note 3 digərindən az da olsa daha sürətlidir. Bu smartfonu digərlərindən fərqləndirən ən üstün cəhəti onun 3 Gb operativ yaddaşla təchiz olunmasıdır. Bu da giqantofonun digər smartfonlardan daha sürətli işləməsinə gətirib çıxardır.

4. Sony Xperia Z1 (Bakıda qiyməti 629 AZN)
Qualcomm Snapdragon 800 prosessoru ilə çalışan digər smartfonlar arsında Soxy Xperia Z1 xüsusi olaraq seçilir.

Sony Xperia Z1Smartfon Sony Xperia Z1 yalnız ilk baxışdan Snapdragon 800-lə təchiz olunmuş digər smartfonlara oxşayır. Daxilinə baxdıqda isə ona digər smartfonlardan fərqli olaraq daha yeni komponentlər əlavə olunub: Adreno 330 qrafik sürətləndirici, Krait 400 prosessor özəyi. Xatırladaq ki, digər smatfonlarda Snapdragon 800 olmasına baxmayaraq qrafik çip Adreno 320, prosessor özəyi isə Krait 300-lə əvəz olunub.

6. Nokia Lumia 1520 (Bakıda qiyməti məlum deyil)
Araşdırmamızın son pilləsini Windows Phone əməliyyat sistemi ilə çalışan ən sürətli smartfon Nokia Lumia 1520 tamalayır.

Nokia Lumia 1520

Nokia Lumia 1520 smartpedi hətta markanın pərəstişkarları üçün gözlənilməz olub. Uzun müddət idi ki, Nokia şirkəti çoxnüvəli prosessorlardan və yüksək ölçülü ekranlardan istifadə etməkdən imtina etmişdi. Ancaq Lumia 1520 Nokia haqqında yaranmış bütün stereotipləri məhv etdi. İndi finlərin arsenalında dörd nüvəli, 2,2 Hhz sürətli Qualcomm Snapdragon 800 prosessorlu, Adreno 330 qrafik çipli model də var. Smartfona 2 Gb operativ yaddaş da quraşdırılıb. Onu da nəzərinizə çatdıraq ki, əvvəllər heç bir Lumia modeli heç 1 Gb operativ yaddaşla təmin olunmurdu. Bir sözlə Windows Phone əməliyyat sistemi ilə çalışan ən güclü smartfon 2013-cü ildə məhz Nokia Lumia 1520 modelidir.

FİKRİNİZİ BİLDİRİN

Please enter your comment!
Please enter your name here