2013-cü ilin 5 ən sevimli smartfonu [siyahı]

0
1408

smartfonlar2013-cü il diqqəti cəlb edən smartfonlarla zəngin il oldu. Bir-neçə gün öncə daha bir yeni smartfon – flaqman planşetafon HTC One Max təqdim olundu. Amma model nə qədər çox olarsa seçim də bir o qədər çətinləşir. Ona görə də yüksək keyfiyyətli smartfon istehsal edən şirkətlər yeni və rahat funksiyaları ilə alıcıların diqqətini cəlb etməyə çalışır.

Bu il təqdim edilmiş və satışa buraxılmış güclü və stilli smartfonlar arasından biz alıcılar arasında tələbatı ən çox olan 5 aparat seçdik. Qeyd etdiyimiz HTC One Max bu siyahıya daxil olmadı, çünki o hələ satışa buraxılmayıb.

[divider]

1. LG G2 (Bakıda qiyməti – 600 AZN)
Bu telefonu həm şokedici həm də erqonomika planında ən cəsuru hesab etmək olar. Bu smartfon LG-nin bütün model siyahısında flaqmandır. Məhz bu telefonu LG Fransada yoldan keçənlərin smartfonlarını iki yerə bölərək reklam edirdi.

LG G2

LG G2-nin erqonomikası ona görə maraqlıdır ki, söndürüb-yandırmaq düyməsi və səs azaldıb-çoxaltma düyməsi korpusun arxa tərəfində, kameranın altında yerləşdirilib. Bu da danışarkən telefonun səsinin azaldılıb-çoxladılması zamanı telefonu yerə salmaq, əldən buraxmaq təhlükəsini minimuma endirir. Smartfonun ekranı 5,2 dyumluq Full HD-dir. Həmçinin 4 prosessorun hər biri 2,26 Hhz tezliklə çalışır. LG G2-nin kamerası isə 13 Mp-dir.

[divider]

2. Sony Xperia Z1 (Bakıda qiyməti – 699 AZN)
Qarşınızda premium klas smartfondur. O həm də kamerafondur. Telefonun kamerası 20,7 meqapiksellik matriça və Zeiss firmasından optika ilə təchiz olunub. Amma ən əsası isə telefonun korpusu su və toz düşməsindən qorunur. Ekranın şüşəsi isə cızıq götürmür.

Sony Xperia Z1

Sony Xperia Z1-in zirehli korpusu minimal qalınlığını saxlayıb. O çox nazikdir və 5 dyumluq taçskrinə baxmayaraq əldə saxlamaq çox asanddır.

[divider]

3. Nokia Lumia 1020 (Bakıda qiyməti – 679 AZN)
Təqdim etdiyimiz ilk iki smartfon OS Google Android əməliyyat sistemi ilə çalışırdısa bu fin istehsalçısının yeniliyi Microsoft şirkətindən Windows Phone 8 əməliyyat sistemi ilə çalışır.

Nokia Lumia 1020

Bugünkü gün Nokia Lumia 1020 dünyada ən güclü kamerafon sayılır. Çünki onun kamerası 41 meqapikselli şəkil tənzimləyici, avtofokus, ksenon işıqla təchiz edilib.

[divider]

4. Samsung Galaxy Note 3 (Bakıda qiyməti – 749 AZN)
Bu tam sözü ilə bir planşetafondur. Həmçinin dünyada ilk monoblokdur ki 3 GB operativ yaddaşla təchiz edilib. Ekran 5,7 dyumdur. Həm barmaq, həm də komplektə daxil olan qələmlə ekranı idarə etmək olur.

Samsung Galaxy Note 3

Samsung Galaxy Note 3-ü yüksək texnologiyalı orqanayzer kimi istifadə etmək olar. Xüsusi proqramlar onu elektron bloknota çevirir, həmçinin əl yazısı ilə yazma funksiyası da mövcuddur.

[divider]

5. iPhone 5s (Bakıda qiyməti – 899 AZN)
Yeni iPhone 5s ənənəvi olaraq həm iPhone 4, həm də iPhone 5-ə bənzəyir. Sadəcə olaraq ekran tərəfdəki yeganə düymə bir az dəyişdirilib. Həm də qara və gümüşü rənglərdə olan korpusa bir də qızılı rəng əlavə edilib.

iPhone 5s

Əvvəlki modellərlə eyni görünüşə sahib olmasına baxmayaraq iPhone 5s-in fərqli cəhətləri göz ilə görsənmir. Məsələn, 64 bitlik Apple A7 prosessor, güclənmiş kamera, 4-cü nəsil mobil şəbəkə dəstəyi və barmaq izi skaneri.

FİKRİNİZİ BİLDİRİN

Please enter your comment!
Please enter your name here