2500$ dollara Qızıl Blackberry Q10 [mobil dünya]

0
1234

blackberry q10 qizil

Blackberry OS 10 əməliyyat sistemi ilə işləyən smartfonlar texniki xüsusiyyətlərinə və gözəl görünüşünə görə digərlərindən fərqlənir. Çətinlik ondadır ki, bu telefonlar bahadır. Məsələn Blackberry Q10 digər Samsung Galaxy S4 və iPhone 5 kimi  flaqmanlarla eyni qiymətədir. Amma ki, daha baha Q10 tapmaq üçün 2000 bəhanə gətirmək olar.

blackberry q10 qizil 2

Britaniya brendi Goldgenie Blackberry smartfonunun yeni nəslini təqdim edib. Bu smartfonda kanada markasına xas olan mexaniki QWERTY-klaviatura və ən yeni əməliyyat sistemi olan BlackBerry 10 da var. Q10 modelinin korpusu isə 24 karatlıq qızıldan hazırlanıb. Korpus dedikdə yəni ekran və klaviatura ətrafındakı ramka, bir də bəzi yerləri qızıldandır.

Zərgər işindən başqa bu telefonun başqa özəlliyi yoxdur, yəni standart Q10 modelidir. Qızıl Blackberry Q10 1597 funta qiymətləndirilir. Bu da təxminən 2500 amerika dolları və ya 1960 Azərbaycan manatı edir. Sifarişi bilavasitə Goldgenie şirkətinin saytında edə bilərsiniz.

FİKRİNİZİ BİLDİRİN

Please enter your comment!
Please enter your name here