Android sistemli yeni Vertu TI smartfonu [yenilik]

0
957

vertu_ti

Lyuks telefon istehsalçısı Vertu yeni müasir smartfonunu təqdim edib. Bu smartfon VERTU TI adlanır və android əməliyyat sistemi ilə çalışır.

VERTU Tİ 1,7 Hhz prosessorla təchiz edilib, əməliyyat sisteminin versiyası Google Android 4.0, Ice Cream Sandwich-dir.

8 Mp-lik kamera avtofokus və işıqdiodlu işıqla təchiz olunub. Ön kamera 1.3 Mp-dir. Daxili yaddaş 64 Gb-dır. Həmçinin məlumat ötürülməsinin təhlükəsizliyini Near Field Communication qoruyur.

Apps_WhiteBG_High Res

VERTU TI unikal görünüşə malikdir – titan korpus sayəsində telefon daha eleqant və yüngül olub, həmçinin gözəl dəri işləmələr, həmçinin Vertu telefonları arasında ən böyük 3.7 dyumluq sapfir ekranla da təchiz olunub.

Concierge_WhiteBG_High Res

Sapfir şüşə demək olar ki, istənilən növ çat və cızıqlardan ekranı qoruyur. Test yoxlamaları zamanı VERTU TI-ın ekranı digər smartfonlardan 4 dəfə çox davamiyyətli olub. Titan korpus isə digər smartfonlardan 5 dəfə daha bərkdir.

Homescreen1_WhiteBG_High Res

Telefonun bir çox unikal funskiyaları var. Bunlar arasında smartfona əlavə olunmuş yeni Vertu düyməsini göstərmək olar. Bu düymə vasitəsilə istifadəçiyə bir çox maraqlı funksiyalar açılır. Məsələn, bu knopkanın köməyi ilə təkcə telefonun təhlükəsizliyini qorumaqla yanaşı, telefonun yiyəsinin də təhlükəsizliyi qorunur.

VERTU Ti_Origina_003

Qiyməti isə 8 000 yevrodan artıqdır.

VERTU Ti_Origina_005

FİKRİNİZİ BİLDİRİN

Please enter your comment!
Please enter your name here