Apple rəsmi olaraq iPhone 5s-in batareya qüsurunu təsdiq etdi [mobil]

0
409

iPhone 5s

Bu dəfə Apple şirkətini uğursuzluq haqladı. Şirkət uğursuzluğu rəsmi olaraq New York Times qəzetində məqalə ilə bildirib. Məqalədə deyilir ki, müxtəlif partiyalardan olan iPhone 5s smartfonları fabriki qüsura malikdir. Qüsur ondan ibarətdir ki, bu smartfonların batareyası vaxtından tez boşalır, dolma vaxtı isə çox uzun çəkir.

Apple şirkətinin rəsmisi Tereza Bryuer bildirib ki, problem çox az sayda smartfona aiddir. Şirkət qüsurlu telefon alıcıları ilə əlaqə saxlayıb həmin smartfonları pulsuz dəyişəcəyini bildirib. Qüsurlu telefonların sayı haqqında dəqiq məlumat verilməyib. Amma məntiqi olaraq fikirləşsək, əgər bu say az olsaydı Apple şirkəti rəsmi bəyanat yaymazdı.

FİKRİNİZİ BİLDİRİN

Please enter your comment!
Please enter your name here