Apple iPhone 5c modelinin istehsalını 35% azaltdı

0
460

iphone

Apple şirkəti iPhone 5c modelinin istehsalını 35% azaltdı, iPhone 5s modelini isə 75% artırdı.

iPhone 5c modelinə tələbatın aşağı olması barədə yeni məlumatlar əldə olunub. Görünür ki, müxtəlif rəng və qeyri-adi çexolların olmasına baxmayaraq yüngülləşdirilmiş smartfonu ucuz qiymətə almaq istəyənlərin sayı azdır. Digər tərəfdən isə yeni məlumatlar iPhone 5s modelinin uğurundan xəbər verir.
NPD Group analitik mərkəzi xəbər verir ki: “Apple iPhone 5c və 5s modellərinin müxtəlif uğurlar göstərməsi mətbuatda geniş işıqlandırılır. Bizim apardığımız son analizlər göstərir ki, Apple şirkəti iPhone 5c modelinin istehsalını 35% azaldıb, əvəzinə isə iPhone 5s modelinin istehsalını 75% artırıb.”
Belə getsə Apple şirkəti iPhone 5c modelinə tələbatı qaldırmaq üçün qiyməti aşağı salmalıdır.

ŞƏRH YOXDUR

FİKRİNİZİ BİLDİRİN