BlackBerry Bold 9790 və Curve 9380 : Rəsmi anons

0
594
BlackBerry Bold 9790 və Curve 9380
BlackBerry Bold 9790 və Curve 9380

RİM şirkəti rəsmi olaraq özünün 2 yeni Blackberry 7 əməliyyat sistemi ilə işləyən smartfonunu təqdim etdi: BlackBerry Bold 9790Curve 9380. Şirkət Curve modelində özünün firma stilindən əl çəkdi və CURVE modeli tam olaraq sensor ilə təchiz edilən ilk Blackberry modeli oldu. Satışa yaxın bir-neçə həftə ərzində buraxılacaq telefonlar NFC modulları ilə təchiz olunub. BOLD 9790 1 Hhz-lik prosessorla və sensor ekran və QWERTY klaviatura ilə təchiz olunub.

Smartfon 8 Gb daxili yaddaşla və microSD kart yaddaşı ilə təchiz olunub. BlackBerry Curve 9380 modeli daha maraqlı görsənir: bu sensor monoblok 3,2 dyumluq ekran və 5 meqapiksellik işıqdiodlu kamera ilə təchiz olunub. Bu model yeni Blackberry istifadəçiləri üçün nəzərdə tutulub. Onunla BBM, Facebook və Twitter-də işləmək çox asanddır. Smartfonlar əlavə reallıq funksiyasını dəstəkləyir və BBM-ə inteqrə olunmuş Wikitude AR funskiyası ilə ərazi cəhətdən yaxınlıqda olan kontakları görməyə imkan yaradır. NFC modulu isə kontaktsız online ödəmələri yerinə yetirməyə imkan yaradacaq. Yeni smartfonları qiymətləri açıqlanmayıb.

FİKRİNİZİ BİLDİRİN

Please enter your comment!
Please enter your name here