Gələcəkdən Apple iPad [video]

0
893

ipad2013

Müasir qacetlər çox sürətlə inkişaf edir, onların texniki göstəriciləri tez-tez dəyişir, inkişaf edir. Bədbəxtlik ondadır ki, təkcə texniki xüsusiyyətlərin inkişafı bəs eləmir. Görünüşdə də innovativ dəyişikliklər olmalıdır. Apple şirkətinin istehsalı olan iPad də belə qacetlərdəndir. Elə bil qacet görünüş baxımından heç dəyişmir. Eyni düzbucaq şəkilli qara və ya ağ korpusda.

Dizayner Rikardo Alfonso gələcəyin iPad-ini təsəvvür etməyə çalışıb. Video və şəkildən göründüyü kimi gələcəyin iPad-i şəffaf korpusdan ibarətdir. Yuxarı və aşağı hissələrdə şəffaf olmayan yerlər də diqqəti cəlb edir. Həmçinin iSight/FaceTime kamerası, ənənəvi Home düyməsi də öz yerindədir. Amma enerji məsələsi bir az qaranlıq qalır. Ya planşetin akkumlyatoru çox balaca olmalı, ya da o da şəffaf istehsal olunmalıdır.

FİKRİNİZİ BİLDİRİN

Please enter your comment!
Please enter your name here