Google Nexus 5 təqdim etdi [mobil]

0
821

Google Nexus 5 (1)Uzun müddətdir təqdimatı gözlənilən yeni smartfon Nexus 5, nəhayət ki təqdim olundu. Telefonun ətraflı göstəriciləri ilə aşağıda tanış ola bilərsiniz.

Yeni Neksusun istehsalçısı LG oldu. Şirkət smartfonu öz flaqmanının xüsusiyyətləri ilə təmin edib. Deməli, Nexus 5 ekranı 4.95 dyum Full HD (1080p), piksel sıxlığı 445 ppiCorning Gorilla Glass 3 qoruyucu şüşəsi ilə təmin edilib. Smartfonun dizaynı ekran üzərində heç bir mexaniki düyməcik nəzərdə tutmayıb. Yan tərəflərdə səs çoxaldıb-azaltma və yandırıb-söndürmə düymələri yerləşdirilib.

Google Nexus 5 (2)Gözlənildiyi kimi Nexus 5-in prosessoru 2,3 Hhz tezlikli Qualcomm Snapdragon 800 çipseti olub. Bu çipset bu il istehsal olunan flaqman smartfonların əsasını təşkil edir. Həmçinin 2 GB operativ yaddaş telefonun baza xüsusiyyətlərini tamamlayır. Yaddaşdan söz düşmüşkən, onu da qeyd edək ki, smartfona miniSD kart slotu yerləşdirilməyib. Smartfon iki komplektasiyada – 16 və 32 GB satışa çıxıb.

Google Nexus 5 (3)Nexus 5 dünən satışa buraxılıb. Onu da qeyd edək ki, smartfon heç bir mobil operatora birləşdirilməyib. Yəni Nexus 5 rəsmi olaraq “unlock” satılır. 16 Gb-lıq modeli 349$, 32 Gb isə 399$-dır. Yenilik iki rəngdə – ağ və qara rənglərdədir.

Google LG Nexus 5 smartfonunun tam xüsusiyyətləri aşağıdakı kimidir:

[box type=”info” align=”aligncenter” ]

çipset: 2,3 Hhz tezlikli, 4 nüvəli Qualcomm Snapdragon 800 prosessoru;

Əməliyyat Sistemi: Android 4.4, KitKat;

şəbəkə dəstəyi: 2G/3G/4G LTE;

ekran: 4,9 dyumluq Full HD (1920×1080 piksel) İPS sıxlığı 445 ppi, şüşə Corning Gorilla Glass 3;

fiziki yaddaş: 16 və ya 32 GB

operativ yaddaş: 2 Gb

kameralar: arxa – 8 meqapiksellik optik stabilizasiyalı, ön – 1,3 meqapiksel;

digər: Bluetooth 4.0, Wi-Fi (802.11 a/b/g/n/ac, 2,4 ГГц и 5 ГГц), microUSB, GPS, NFC (Android Beam);

sensor: akselerometr, hiroskop, işıqlıq sensoru, yaxınlaşma sensoru, kompas, barometr;

akkumlyator: litium-polimer 2300 mAs, quraşdırılmış simsiz dolma;

– danışıq zamanı işləmə vaxtı: 17 saat;

– gözləmə zamanı işləmə vaxtı: 300 saat;

– İnternet istifadəsi zamanı işləmə vaxtı: 8,5 saat Wi-Fi-la, 7 saat LTE ilə;

ölçüləri: 137,84×69,17×8,59 mm;

çəki: 130 qr;[/box]

FİKRİNİZİ BİLDİRİN

Please enter your comment!
Please enter your name here