HTC yeni smartfon – Sensation XL təqdim etdi

0
622
HTC Sensation XL
HTC Sensation XL

Dünən HTC şirkəti rəsmi olaraq yeni smartfon olan Sensation XL (və ya Runnymede) təqdim etdi. Bu smartfon Beats Audio texnologiyasını istifadə edən 2-ci Android telefondur. Beats Audio texnologiyası səsin keyfiyyətini dəfələrlə yaxşılaşdırır. Komplektə həmçinin Beats qulaqcıqlar da daxildir.

Bu yeni smartfon bu ay satışa buraxılacaq. Əməliyyat sistemi, özünün xüsusi interfeysi olan Sense 3.5 ilə birlikdə, 9.9 mm qalınlığında aliminium korpusda  Android 2.3.5 (Gingerbread) olacaq.

Smartfon 800×480 pikselli, 4.7 dyumluq S-LCD ekran və Gorilla Glass-dan qoruyucu təbəqə ilə təchiz olunub. Prosessoru, 1 nüvəli 1.5 Ghz-lik və Adreno 205 qrafikalı Qualcomm MSM 8255-dir.

Telefona 768 Mb operativ yaddaş və 16 Gb daimi yaddaş, həmçinin microSD kart slotu, 8 meqapiksellik (2 fleş işıqlı, 720p keyfiyyətində video çəkməyə imkan yaradır)  və 1.3 meqapiksellik frontal kamera quraşdırılıb. 802.11 b/g/n WiFi, Bluetooth 3.0, GPS, FM-radio, HSDPA 14.4 Mbps şəbəkə dəstəyi, Micro USB çıxışı da standart komplektasiyada var.

Qiyməti haqqında istehsalçı heç nə bildirməyib.

FİKRİNİZİ BİLDİRİN

Please enter your comment!
Please enter your name here