Motorola rəsmi olaraq ucuz smartfonunu təqdim etdi [mobil]

0
611

moto-gMotorola şirkəti rəsmi olaraq yeni Moto G smartfonunu təqdim edib. Yeni alətin ən başlıca xüsusiyyəti – qiymətidir. Məsələn, ABŞ-da 8 Gb yaddaşı olan modeli 179 dollara, 16 Gb yaddaşı olan modeli isə 199 dollara əldə etmək olar. Həmçinin o da bildirilib ki, bu qiymətlər operatora bağlanmasız qiymətlərdir.

Moto G 1280×720 piksellik 4,5 dyumluq ekranla təchiz edilib. Prosessor  dördnüvəli 1,2 Hhz-lik Qualcomm Snapdragon 400-lə təchiz edilib. Kameralar 5 və 1,3 Mp-dir. Akkumlyatorun tutumu 2070 Mah. Əməliyyat sistemi Android 4.3 Jelly Bean. Motorola söz verib ki, gələn ilin əvvəlinə Android 4.4 KitKat yenilənməsini təqdim edəcək.

Moto g

Motorolanın yeni alətinin əsas xüsusiyyətlərindən biri də rəngarəng korpuslarda olmasıdır. Satışda dəyişik panellər, flipli əlavə panellər və xüsusi bamperlər də olacaqdır.

moto-g

Moto G artıq bu həftə satışda olacaqdır. İlk öncə smartfon Braziliya və bəzi Avropa ölkələrində, Kanada və Asiyanın bir hissəsində satışa buraxılacaqdır. ABŞ, Hindistan, həmçinin Yaxın və Uzaq Şərqdə isə gələn ilin əvvəlində satışa çıxacaqdır.

FİKRİNİZİ BİLDİRİN

Please enter your comment!
Please enter your name here