Nexus 5-ə təlabat təklifdən çox oldu [mobil]

0
585

Google Nexus 5 (1)Yeni quqlafonun satışa çıxması ilə satışda olan bütün smartfonlar “vəhşicəsinə” alındı. Hələki Nexus 5 bir neçə ölkədə qalıb, amma tələbat çox olduğundan təchizat tez azalır.

Görünür ki, Google şirkəti yenə tələbatı düzgün hesablamayıb. Hal-hazırda tələbat təklifdən çoxdur. Ölkələrin çoxunda istifadəçilər Nexus 5-i yalnız bir-neçə həftədən sonra görə biləcəklər.

Nexus 5 Google Play

Məsələn, ABŞ-da 16 Gb-lıq Nexus 5 satışa çıxandan bir-neçə saat sonra Google Play-in virtual mağazasında qurtarmışdı. 32 Gb-lıq isə hələ də satışda var.

Böyük Britaniyada isə istifadəçilər quqlafonun qara rəngini çox alırlar. Qara korpuslu Nexus 5 ingilislərə 1 həftədən sonra çatacaq, ağ rəngə tələbat az olduğundan bir-neçə günə əldə etmək olar.

Almaniyada qara Nexus 5 16 Gb sifariş üçün qalıb, amma 32 GB sifariş verənlər ancaq 15 noyabrdan sonra telefonlarını əldə edəcəklər.

Google Lg Nexus 5 modelinə tələbat ona görə böyükdür ki, telefonun super xüsusiyyətlərinə görə qiyməti çox aşağıdır. ABŞ-da telefonun 16 GB-lıq modeli cəmi 349 dollardır.

Ətraflı göstəriciləri ilə əvvəlki yazımızda baxa bilərsiniz: Google LG Nexus 5

FİKRİNİZİ BİLDİRİN

Please enter your comment!
Please enter your name here