
Windows Phone smartfonları üzərində işləyən Nokia, ucuz modellərin istehsalını davam etdirir. Fin şirkəti iki yeni telefon – Nokia C2-05 və Nokia X2-05-i rəsmi olaraq təqdim edib. Hər iki telefon bu ilin 4-cü rübündə satışa buraxılacaq.
Nokia C2-05 320×240 ekranlı 2 dyumluq QVGA displey, rəqəmsal yaxınlaşdırıcısı olan VGA kamera, maskimal həcmi 32 Gb olan microSD kart yaddaşı, Bluetooth və microUSB port ilə təchiz olunub. Akumlyator gözləmə rejimində 20 saat, danışıq rejimində isə 4 saat tab gətirir. Bu modelin qiyməti 54 manat olacaq.
Nokia X2-05 320×240 ekranlı 2.2 dyumluq QVGA displey, maskimal həcmi 32 Gb olan microSD kart yaddaşı, Bluetooth və microUSB port ilə təchiz olunub. Bu telefon qara, gümüşü, ağ və qırmızı rənglərdə istehsal olunacaq. X2-05 alıcılara 49 manata başa gələcək.