Opera Mini 7 mobil brauzer təqdim olundu

2
3760
Opera Mini 7
Opera Mini 7

Norveç firması olan Opera Software mobil veb-səyahətçinin (brauzer) yeni versiyasının təqdimatında Smart Page funksiyasını təqdim edib. Bu funksiyanın köməyilə Opera Mini 7 təkcə internet-səhifələrin baxılması üçün bir alət deyil, həm də dostlarla əlaqə üçün bir vasitəyə çevrilir. Smart Page istifadəçinin sosial şəbəkələrdəki profilinə qoşulur və oradan ən son xəbərləri bir səhifədə toplayır. Həmçinin RSS kanallardan da kontent yüklənir və istifadəçiyə bu kanala abunə olmaq təklif olunur.

Onu da qeyd edək ki, internet-səhifə açılmamışdan öncə səhifə istehsalçının serverlərində sıxılır sonra Opera Mini7-yə göndərilir, bu həm vaxt itkisinin həm də əlavə trafik itkisinin qarşısını alır. Həmçinin Smart Page funksiyası, yalnız lazımlı xəbərləri bir səhifəyə toplayır, əlavə reklam və digər lazımsız məlumatları sosial şəbəkələrdən blok edir.

Opera Mini 7 Rəsmi saytdan yüklə

2 ŞƏRH

FİKRİNİZİ BİLDİRİN