Samsung şirkəti yeni satış rekordu qırıb. Onlar qürurla 100 milyon ədəd Galaxy S smartfonu satdıqlarını elan ediblər. Qeyd edək ki bu rəqəm 3 smartfonun birlikdə satış sayıdır. Bildiyiniz kimi Galaxy S ailəsinə S, S II və S III smartfonları aiddir.
İlk buraxılan Galaxy S 24 milyon, S II 40 milyon satılıb. S III isə təklikdə satış rekordu qıra bilməyib. Samsung şirkəti yeni Galaxy S IV smartfonunda çoxlu dəyişikliklər edəcək. Ekran və kameranın dəyişiləcəyi gözlənilir.