
Samsung Galaxy Nexus -u əminliklə Google smartfonu adlandırmaq olar. Çünki telefonda bu şirkətin bütün servisləri: Android Market, Gmail, Google Maps 5.0 3D xəritələrlə, Google Earth, Movie Studio, YouTube, Google Calendar və Google Search quraşdırılıb. Telefonun ən əsas xüsusi özəlliklərindən biri onun yep-yeni əməliyyat sistemi olan Android 4.0 Ice Cream Sandwich ilə işləməsidir.

Digər xüsusiyyətləri:
1.2 Hhz tezlikli ikinüvəli TI OMAP 4460 prosessoru, 1 Gb RAM, quraşdırılmış daxili yaddaş 32 Gb. Ölçüləri 135,5 х 67,94 x 8,94 mm, çəkisi 135 qramdır. Kamerası 5 meqapikseldir, lakin yüksək keyfiyyətdə 1080p HD video çəkir. Ön kamerası 1,3 meqapikseldir. Həmçinin Wi-Fi 802.11 a/b/g/n və NFC dəstəyi də vardır.