Samsung Galaxy S4 yeni reklam [video]

0
691

Galaxy S4 haqqında

Yeni çıxmış Galaxy S4 smartfonlarının o qədər özəlliyi var ki, istifadəçilərin bu özəlliklərin çoxundan xəbəri yoxdur. Ona görə də Samsung şirkəti smartfonun xüsusiyyətlərini özündə əks etdirən bir video reklam çarxı hazırlayıb. Bu videoda qısaca olaraq smartfonun əsas özəllikləri barədə qısaca məlumat verilir.

Videoda görünən bəzi özəlliklər isə bunlardır: əgər əlləriniz çirklidirsə və sizə zəng gəlirsə o zaman Galaxy S4 smartfonuna daxil olan zəngi əl hərəkti ilə, telefona toxunmadan qəbul edə bilərsiniz. Bu zaman smartfonda avtomatik olaraq yüksək səs rejimi qoşulur. Həmçinin gələn mesajı ekrana toxunmadan əl işarəsi ilə oxumaq olur. Həmçinin şəkil çəkdikdən sonra onu digər Galaxy S4 smartfonuna toxundurmaqla göndərmək olur və s.

Reklamda Apple şirkətinin iPhone 5 modeli də gözə dəyir))) Reklam çarxında xanımlaran biri Galaxy S4 vasitəsilə çəkilmiş şəkili digər Galaxy S4 smartfonuna toxundurub göndərdikdən sonra digər xanım əlindəki iPhone 5 modelini də uzadır ki, mənə də şəkil göndər cavabında isə, bu telefon bunu edə bilmir cavabını alır))

ŞƏRH YOXDUR

FİKRİNİZİ BİLDİRİN