Smartfon və kamera 2si 1də

0
518
Panasonic LUMIX Phone 101P
Panasonic LUMIX Phone 101P

Kamera və telefon bir aparatda olmasını istəyənlər üçün xoş xəbər. Panasonic firması LUMIX Phone 101P telefonunu düzəldib, bu smartfon Android 2.3 əməliyyat sistemi ilə işləyir və 13.2 Meqapiksellik kamera ilə təchiz olunub.

Smartfonun işləməsini 1 Ghz-lik iki nüvəli TI OMAP4430 prosessoru təmin edir. Telefon 960 х 540 pikselli 4 dyumluq ekran, microSDHC yaddaş kartı slotu, GPS və rəqəmsal tyunerlə təchiz edilib.

Telefonda həmçinin Wi-Fi IEEE802.11b/g/n, Bluetooth 2.1+EDR əlaqələndiriciləri də vardır. LUMIX Phone 101P-nin korpusu su keçirtmir. Bu smartfon-kamera 3 rəngdə istehsal olunacaq: bej, çəhrayı, qara.

Satışa bu ilin noyabr ayının ortaları çıxarılacaq.

FİKRİNİZİ BİLDİRİN

Please enter your comment!
Please enter your name here