Yeni Blackberry Porsche Design P9982 təqdim olundu [mobil]

0
879

Blackberry Porsche Design P9982 (1)

Kanada mobil telefon istehsalçısı Blackberry özünün flaqman smartfonu olan Z10 modelinin premium versiyasını təqdim edib. Smartfon alman brendi olan Porsche-nin dizaynerləri tərəfindən hazırlanıb, adı isə Porsche Design P9982 qoyulub. Telefonun korpusu paslanmayan dəmirdən, arxası italyan dərisindəndir. Smartfon unikal BBM PİN lə təchiz olunub. Bu kod vasitəsilə smartfonun yiyəsini anında tanımağa imkan yaradır.

Blackberry Porsche Design P9982 (2)

Texniki xüsusiyyətlərinə gəldikdə isə Porsche Design P9982 demək olar ki tam olaraq Blackberry Z10 modelinin kopyasıdır. Smartfon 1,5 Hhz sürətli iki nüvəli prosessorla çalışır, 2 Gb operativ yaddaşı və 64 Gb daxili yaddaşı vardır. Ekran ölçüləri də dəyişməz qalıb 768×1280 piksel.

Blackberry Porsche Design P9982 (3)

Maraqlıdır ki, smartfonun rəsmi anonsu yalnız Blackberry-nin Britaniya bölməsinin saytında yayımlanıb. Yeni smartfonun nə vaxt satışa buraxılması haqqında məlumat verilməsə də, qiyməti haqqında məlumat verilib – 1500 funt-sterlinq (1891 AZN). Premium klass telefonlar heç vaxt ucuz olmayıb və olmayacaqdır.

ŞƏRH YOXDUR

FİKRİNİZİ BİLDİRİN