Yeni Blackberry Z10 və Q10 təqdim olundu

0
757

Dünən axşam bir neçə şəhərdə eyni anda təqdim etmə mərasimi keçirən Blackberry şirkəti yeni Blackberry OS10 əməliyyat sistemi ilə işləyən iki smartfon təqdim etdi: Blackberry Z10 və Blackberry Q10.

Blackberry Z10 – tam olaraq sensor telefondur. Ekran 4.2 dyumluq İPS ilə təchiz olunub. Ekran ölçüsü 1280×768 pikseldir. Prosessoru 1.5 hhz tezlikli, iki nüvəli Qualcomm Snapdragon S4 ilə təchiz olunub. Operativ yaddaş 2 Gb, daxili yaddaş 16 Gb, əlavə microSD kart slotu və 8 meqapikselli avtofokuslu kamera ilə də təchiz olunub. Satışa fevral ayının 1-dən Böyük Britaniyadan başlayacaq. Qiyməti 480 funt sterlinq olacaq.

Blackberry Q10 – həm sensor ekran həm də fiziki klaviatura ilə təchiz olunub. O ölçüləri 720×720 piksel olan 3.1 dyumluq SAMOLED ekran ilə və 1.5 hhz tezlikli 2 nüvəli TI OMAP4470 prosessoru ilə təchiz olunub. Satışa aprel ayında buraxılacaq.

ŞƏRH YOXDUR

FİKRİNİZİ BİLDİRİN