Yeni HTC One təqdim olundu [yenilik]

0
1049

HTC One Ağ

Dünən axşam xüsusi mərasimdə HTC yeni flaqman smartfonu olan – HTC One (o həm də HTC M7 adı ilə tanınır) təqdim etdi. Rəsmi saytlarında yerləşdirilmiş geri sayım başa çatdıqdan sonra saytda yeni modelin şəkilləri və xüsusiyyətləri peyda oldu. Bu model haqqında çoxdan danışırdılar. Tayvan markası HTC smartfonlarının yüksək keyfiyyətli və ucuz olmasına baxmayaraq keçən il şirkət üçün uğursuz oldu. Bütün bunları nəzərə alaraq şirkət HTC One ilə itirilmiş pulları qaytarmaq istəyir. Keçək telefonun əsas xüsusiyyətlərinə.

htc one qara

[box type=”shadow” align=”aligncenter” ]

– 4,7 dyumluq Full HD ekran, piksel sıxlığı 468 ppi, ölçü 1080×1920;
– Prosessor Qualcomm Snapdragon 600, dörd nüvəli, 1,7 Ghz;
– Əməliyyat sistemi Android HTC Sense;
– Sim kartın növü: microSIM;
– 32/64 Gb daxili yaddaş, microSD kart yeri YOXDUR;
– 2 GB DDR2 RAM – operativ yaddaş;
– Dəstək: HSPA/WCDMA 850/900/1900/2100 Mhz, GSM/GPRS/EDGE 850/900/1800/1900 Mhz;
– GPS, rəqəmsal kompas;
– Hiraskop, akselerometr, yaxınlaşma sensoru;
– Ətrafın işıq səviyyəsi sensoru;
– 3,5-mm audio çıxış;
– NFC, Bluetooth 4.0, Wi-Fi 802.11a/ac/b/g/n, DLNA, IrDA, micro-USB dəstəkləyir;
– Kamera f/2.0 və 28 mm fokus məsafəsi, BSI formatlı sensor 1/3 dyumluq, işıq Smart Flash, Ön kamera 2,1Mp; 1080p HD video çəkir. Arxa kamera 4 Mp.
– Batareya 2300 mАh;
– Korpus ölçüləri: 137,4 х 68,2 х 9,3 mm;
– Çəkisi: 143 qr.[/box]

DİQQƏT: Arxa kameranın 4 Mp olması sizi aldatmasın. Xüsusi HTC ImageSense texnologiyasının tətbiqi ilə şəkillər yüksək keyfiyyətli, rənglərlə zəngin, stabil alınır. Hətta bəzi bloqerlər HTC One kamerasına aid ayrıca məlumatlar da yerləşdiriblər. Qısa olaraq onu deyək ki, bu texnologiya ilə HTC One kamerası 13 Meqapikselli kameralardan 300% daha çox işıq cəlb edir. Yəni Galaxy s 3 və iPhone 5-dən daha yaxşı kameradır.

Minuslardan: batareya çox zəifdir. Bu cür güclü smartfon üçün belə zəif batareya çox gülməlidir. Artıq batareya problemi şirkətin əsas brendinə çevrilib. Daha bir zəiflik microSD kart yerinin olmamasındadır.

Mart ayında satışa buraxılacaq.

FİKRİNİZİ BİLDİRİN

Please enter your comment!
Please enter your name here