Yeni iPhone 5 rəsmi olaraq təqdim olundu

0
956
iPhone 5
iPhone 5

Apple şirkəti 12 sentyabrda (dünən), San-Fransiskoda baş tutumuş təqdim etmə mərasimində yeni iPhone 5 smartfonunu təqdim edib.

Şirkətin vitse-prezidenti Fil Şillerin sözlərinə görə cihazın korpusu yalnız şüşə və alüminiumdan hazırlanıb. Smartfon əvvəlki modellərdən yüngül və nazikdir. Qalınlığı 7.6 mm, ağırlığı isə 112 qr-dır.

iPhone 5
iPhone 5

iPhone 5 LTE və Wi-Fi 5GHz 802.11n simsiz şəbəkələrini dəstəkləyir və məlumat ötürmə sürəti 150 mbit/saniyəyə kimidir.

iPhone 5
iPhone 5

Yeni smartfon 8mp arxa kamera ilə 1080p, 1.2mp ön kamera ilə isə 720p keyfiyyətində video çəkir, həmçinin video çəkiliş zamanı şəkil də çəkmək olur.

iPhone 5
iPhone 5

Smartfonda yeni Apple A6 prosessoru və yeni iOS6 əməliyyat sistemi quraşdırılıb.

iPhone 5
iPhone 5

FİKRİNİZİ BİLDİRİN

Please enter your comment!
Please enter your name here