Yeni nəsil Samsung Galaxy S4 [yenilik]

1
3341

samsung_galaxy_s4

Samsung şirkəti Nyu-Yorkda baş tutan təqdimetmə mərasimində Galasy S smartfonunun yeni nəsil modeilini təqdim etdi. Smartfonun əsas özəllikləri 5 dyumluq ekranekrana toxunmadan smartfonu idarə etmək funksiyalarıdır. Bu telefon ОS Android 4.2.2 Jelly Bean əməliyyat sistemi üzərində qurulmuşdur.Həmçinin telefon mobil telefon bazarında Apple şirkəti ilə rəqabəti gücləndirəcək.

GS4_black_front_01-1

Galaxy S4 əvvəlki model S3-ə oxşayır, lakin o daha nazik və daha möhkəmdir. Alətin çəkisi 130 qram, qalınlığı isə 7,9 mm-dir. Korpus polikarbonatdan hazırlanıb.

Samsung-Galaxy-S-4

Yeni Samsung Galaxy S IV-ü göz ilə idarə etmək mümkündür. Bu 3 funksiyanın birləşməsi nəticəsində mümkün olub: Smart Scroll və Smart Pause funksiyaları istifadəçinin gözlərini izləyir, həmçinin Air View funksiyası toxunuşsuz interfeysə cavabdehdir.

samsung-galaxy-s-4-2-of-351

Ekranın dioqanalı 4,8 dyumdan 5 dyuma artırılıb. Smartfon Full HD Super AMOLED ekranla təchiz olunub. Həmçinin smartfona infraqırmızı işıqdiodu quraşdırılıb, bu da smartfonu pult kimi (televizor, kondisioner, dvd pleyer və s. üçün) istifadə etməyə imkan yaradır.

smartphone-comparison-4-up2

Telefonun əsas kamerası 13 Mp, ön kamera isə 2 Mp-dir. Galaxy S4-dəki yeniliklərdən biri də hər iki kameranı eyni anda işlətmək, həmçinin video çəkərkən şəkil də çəkmək funksiyaları olub. Bunlar Dual Camera və Drama Shot funksiyaların köməyi ilə olub.

999224-jk-shin-galaxy-s4

Samsung Galaxy S4 2600 mА/s batareya ilə təchiz olunub. Telefon 3 variantda satışa buraxılacaq: 16, 32 və 64 GB. Həmçinin 2 rəngdə tünd göy və ağ rənglərdə olacaq. Aprel ayında 150 ölkədə satışa buraxılacaq. ABŞ-da Samsung Galaxy S 4-ün qiyməti müqavilə ilə 200$, müqaviləsiz isə təxminən 567 $ olacaqdır.Specifications-In-Samsung-Galaxy-S4 samsung-galaxy-s-4-16-of-35 samsung-galaxy-s-4-13-of-35 samsung-galaxy-s-4-5-of-35 988748-samsung-galaxy-s4 225470-samsung-galaxy-s4-launch 223889-samsung-galaxy-s4-launch

 

 

1 ŞƏRH

FİKRİNİZİ BİLDİRİN

Please enter your comment!
Please enter your name here