Trash (Treş) stil haqqında

1
1026
Trash stil
Trash stil

Treş nədir?

Treş (trash) – minlərlə yeniyetmənin ürəyinə yol tapan və onların həyat tərzinə çevrilən yeni bir stildir. Treş ingilis sözü olan trash – zibil, tullantı sözündən götürülmüşdür.

Treş – hər kəsə məlum olan və insanı balaca çərçivəyə alan, hərəkətlərini məhdudlaşdıran cəmiyyətə meydan oxumaqdır. Treş – heç kəsin qəsd edə bilməyəcəyi ifadə azadlığı olan parlaq şəxsiyyətdir.

Treş-yeniyetmələr sanki əvvəlcədən cəmiyyətin layiqli üzvü olmayacaqları ilə razılaşmışlar – onlar artıq tullantıdır… Bu isə o deməkdir ki… Bəli. Onlar hər şey edə bilərlər!

Müəllifdən:

Bu stil 1 neçə il əvvəl Odri Kitçinq tərəfindən yaradılmışdır. Bu tam olaraq subkultura hesab edilmir və çox yeni olması ilə əlaqədar olaraq internetdə də məlumat çox azdır. Sadəcə geyim tərzi kimi xarakterizə olunsa da, trash-i həyat tərzi adlandıranlar da az deyil.Bu stil haqda bacardığım qədər məlumat verməyə çalışacam.

Treş stil
Treş stil

Bu stilin internetdə ən çox tanınan nümayəndələri trash modellərdir. Maraqlananlar üçün adlarını da verirəm. Bunlara Audry Kitching, Jac Hanec, Hanna Beth, Alessandro de marko, Andreas Georgous, Hanni Droptic, İzzy Hilton, Kikki Kannibal, Adeon, Brittany Kramer, Andy six, Alex Evans, Brookelle Bones, Emily Vallanueva və b. aiddir. Bu trash modellər bəzən emo, scene və s. subkulturalara aid edilirlər. Son vaxtlarda Russian trash modellər də məhşurlaşmağa başlayıblar. Bunlardan ən xoşuma gələnlərinin adlarını yazmağı özümə borc bilirəm :)) İrina Grishko, Moon Lensan, Katy Kutcher və b. İndi bunlar yadıma düşdü 😀

Trash stil
Trash stil

Trash-in də bir neçə növləri vardır. Şəxsən mən `indie trash`i daha üstün tuturam. Çünki bu daha təbii trash deməkdir. Yəni trash özü bütün qaydaların, çərçivələrin, tipik gözəllik və ideallıq anlayışlarının əksinə geyinmək, saç düzümləri etməkdir. Bu bəziləri tərəfindən dəlilik kimi qarşılana biləcək bir stildir, indie trash isə daha təbii trash deməkdir.

Trash Stil
Trash Stil

Trash stildə saçlar əsas detallardan ən əsasıdır. Bele saçlar bir çoxu üçün zövqsüz ya da dəlilik kimi görünə bilər, lakin razılaşıram ki, hər adamın belə bir şey etməyə cəsarəti və ya fantaziyası çatmaz. Bir çoxu saçlarını tamamilə qeyri-adi rəngdə boyayır xüsusilə də saçların uclarını çünki bu qeyri-adi effekt verir və qaynaq saçlardan istifadə edir. Saçların çoxluğu və daha həcmli olması bir trash üçün qələbə deməkdir. Çünki belə həcmli və çox saçlar bu stilin ən əsası hesab edilir. Lakin bu o demək deyil ki, bütün trash-lər boyanmış və qaynaq saçlardan istifadə edir indie trashlər təbii saçlara üstünluk verirlər.

Trash Stil
Trash Stil

Geyim!!! Əslində trash stildə qaydalar yoxdur və hər bir kəs özü gözəl hesab etdiyini geyinə bilər, lakin ilk trash-lər korlanmış zövqlə geyinmiş biri olmalı idilər, amma hər bir stil kimi bu stildə də dəyişikliklər olub və hal-hazırda trash heç də ilk yarandığı kimi qalmayıb.

müəllif: Sur

Təşəkkürlər Sur!

Trash Stil
Trash Stil

1 ŞƏRH

FİKRİNİZİ BİLDİRİN

Please enter your comment!
Please enter your name here