Mozilla Firefox veb-səyahətçisinin yeni 4-cü versiyasının yüklənmə sayı 93 dəqiqədə 1 milyonu keçdi. Marağın belə böyük olduğunu görən Firefox Administrasiyası dərhal yeni bir səhifə açdı və burada online rejimdə Firefox-u həm yükləmək həm də yüklənmə sayına baxmaq üçün link də yerləşdirdi: http://glow.mozilla.org/
Bugün rəsmi olaraq təqdim olunan 4-cü versiya internet istifadəçiləri üçün tam yeni texnologiyalar təqdim edir. Əvvəlki 3-cü versiyadan 6 dəfə sürətli və təhlükəsizdir.
Moruq.Net saytı olaraq hər kəsə Mozilla Firefox 4 məsləhət görürük. Bizim seçimimiz yalnız odur.
Dili: Rus
Həcm: 12.3 Mb