Aybaşı gününü hesablama [qadınlar üçün]

0
852

aybasi

Qadınların xüsusi günü olan aybaşı dövrünün nə vaxt olacağı mövzusunda az qala hər qadının problem yaşadığını söyləyə bilərik. Nizamlı olaraq 28 gündən bir aybaşı olan qadınların belə dövrlər təsbit etməkdə çətinlik çəkdiyini də düşünsək, aybaşı hesablama mövzusunda daha məlumatlı olmamız lazım olduğu gerçəyini fərqinə vara bilərik…

Qadınlarda aybaşı dövrü mövzusunda bəzi səhv məlumatlar ortalıqda gəzir ki, qanama olmadığı zaman axmayan qan qadını zəhərləyəcək. Halbuki, bu, doğru deyil. Hər ay döllənmə üçün hazır hala gələn, lakin döllənmə olmaması səbəbilə tökülən uşaqlıq divarına aid hüceyrələrdən qaynaqlanan qan miqdarı 20 ml ilə 60 ml arasında dəyişir.

Aybaşı dövrü olaraq adlandırılan bu müddət 28 gündən bir təkrar olunur. Lakin qadınlarda ortaya çıxan ən kiçik bir sinir pozuqluğundan tutmuş istifadə etdiyimiz ağrıkəsici dərmana qədər bir çox şey bu müddətə təsir etməkdə və gecikdirməkdədir.

Adət dövrünün gecikməsi, ümumiyyətlə, hamiləliyi ağla gətirsə də, vəziyyət heç də belə deyil. Mənəvi pozuqluğu, xəstəlik və istifadə etdiyiniz dərmanlar da adət dövrünün gecikməsinə səbəb ola bilər…

Aybaşı hesablama mövzusunda sizin üçün təklif etdiyimiz üsul bir təqvimdən istifadə olacaq. Təqvimi nə qədər uzun müddət istifadə edəcək olsanız, aybaşı dövrünüzü təxmin etmək o qədər asan və uğurlu olacaq. Bir il boyunca aybaşı dövrünüzün başlanğıcını və bitməsini təqvimə işarələdiyinizdə adət dövrləriniz arasındakı fərqi təyin edə bilərsiz…

Bununla yanaşı, təqvim istifadə etməkdə problem çəkirsinizsə, bir başqa təklifimiz mobil telefondan istifadə etməniz olacaq. Telefondakı təqvimdən, ya da qeyd dəftərindən istifadə edə bilərsiniz. Telefon dəyişikliyi etmədiyiniz müddətcə məlumatlar daha qalıcı olacaq.

Aybaşı dövrünüzdəki ləngimələr sizin üçün bədən sağlamlığınız baxımından da məlumat verəcək. Qadınlarda cinsi xəstəliklərin az qala hamısının ilk əlaməti aybaşı qanaması olacaq, buna görə aybaşı qanaması üzərindəki hər cür ləngimə diqqətə alınmalı və qiymətləndirilməlidir.

Aybaşı qanamasının təkrarı hər 28 gündən bir olmalıdır. Lakin bu müddət 35 günə qədər uzana bilər. 35 gündən çox sürən aybaşı periodu mövzusunda həkiminizə müraciət etməli və bu anormal vəziyyətin səbəbini testlərlə ortaya  çıxarmalısınız.

Aybaşı dövrünün nizamlı olmasına ya da olmamasına təsir edən faktorlara da toxunacaq olsaq, yaş, ovulasiya miqdarı və bədən tərəfindən ifraz olunan hormonların miqdarı da  qarşımıza çıxacaq. [qadin.net]

FİKRİNİZİ BİLDİRİN

Please enter your comment!
Please enter your name here