Bədən quruluşunuzun tipini bilirsinizmi? [sağlamlıq]

0
2165

beden qurulusu

İnsanların bədən quruluşu 3 tipə bölünür — normostenik, hiperstenik, astenik.

Normostenik bədən quruluşu olan insanların bədəni proporsional olur. Belə bədən quruluşu gözəl sayılır.

Hiperstenik bədən quruluşu olan insanların sümükləri ağır və enli, döş qəfəsi enli, ayaqlar bədənə görə qısa olur. Digər bədən quruluşu olan insanlardan fərqli olaraq hipersteniklər artıq bədən çəkidən daha tez-tez əziyyət çəkirlər.

Astenik bədən quruluşu olan insanların sümükləri nazik və yüngül, qol və ayaqları uzun, əzələlər zəif inkişaf olunmuş, döş qəfəsi ensiz, boynu uzun və nazik olur. Digər bədən quruluşu olan insanlardan fərqli olaraq asteniklər artıq bədən çəkidən daha az hallarda əziyyət çəkirlər.

Əgər siz öz bədən quruluşunuzun tipini öyrənmək istəyirsinizsə, bunun üçün sağ biləyin ən nazik yerini ölçün.

Nəticəni cədvəldəki rəqəmlərlə müqayisə edin.

Bədən quruluşu tipi                Solovyov indeksi (kişilər)           Solovyov indeksi (qadınlar)        
Normostenik 18-20 15-17 sm
Hiperstenik 20 sm-dan çox 17 sm-dən çox
Astenik 18 sm-dan az 15 sm-dən az

[kayzen.az]

ŞƏRH YOXDUR

FİKRİNİZİ BİLDİRİN