Dəm qazının insan orqanizminə təsiri [sağlamlıq]

0
734

dem qazi

Qışın gəlməsi ilə ölkəmizdə baş verən dəm qazından zəhərlənmə halları haqqında tez-tez televiziyada xəbərlər eşidirik. Dəm qazı nədir? İlkin əlmaətləri hansılardır?

Dəm qazından zəhərlənmənin əlamətləri:
– başgicəllənmə
– başağrısı
– ürəkbulanma
– qarabasma
– digər qripəbənzər əlamətlər
Havanın tərkibində dəm qazının səviyyəsinin insan orqanizminə təsiri insandan-insana dəyişir. Bir qayda olaraq qapalı ərazidə havanın tərkibində dəm qazının miqdarı 100 ppm-ə (parts-per-million, 10–6) yüksəldikdə insan həyatı üçün təhlükəli hesab edilir. ABŞ-da qəbul edilmiş təhlükəsizlik standartlarına əsasən isə dəm qaznın təhlükəlilik səviyyəsi 8 saatdan artıq qapalı yerdə olduqda 50 ppm-ə qədər azaldılır. Dəm qazı göstəricisinin 100 ppm səviyyəsini aşması mərkəzi sinir sisteminin iflic olması və ürəyin öz fəaliyyətini dayandırması ilə nəticələnə bilər.

Havanın təkibində dəm qazının miqdarı və insan orqanizminə təsiri barədə qrafikə nəzər salaq:
1. 35ppm – qapalı ərazidə altı saatdan səkkiz saatadək qaldıqda başağrı və baş gicəllənməsi
2. 100ppm – qapalı ərazidə iki saatdan üç saatadək qaldıqda yüngün başağırısı
3. 200ppm – iki-üç saat ərzində yüngül başağrısı və düşünmə qabiliyyətinin itirilməsi
4. 400ppm – bir saat ərzində alın nahiyyəsində ağrılara səbəb olma
5. 800ppm – 45 dəqiqə ərzində təsir etdikdə başgicəllənmə, ürəkbulanma və qıcolma, 2 saata isə huşun itirilməsi
6. 1600ppm – 20 dəqiqə ərzində təsir etdikdə başağrı, taxikardiya, başgicəllənmə və ürəkbulanma ilə 2 saatda isə ölümlə nəticələnmə
7. 3200ppm- 10 dəqiqə ərzində təsir etdikdə başağrı, başgicəllənmə və ürəkbulanma, 30 dəqiqədə isə ölümlə nəticələnmə
8. 6400ppm – bir-iki dəqiqə ərzində təsir etdikdə başağrı və başgicəllənmə, 20 dəqiqədə huşun itirilməsi, nəfəsalmanın dayanması və ölüm
9. 12800 ppm – iki üç dəfə nəfəs aldıqda huşun itirilməsi və 3 dəqiqə ərzində ölümlə nəticələnmə

ŞƏRH YOXDUR

FİKRİNİZİ BİLDİRİN