Menstruasiya sancısının qarşısı necə alınmalıdır? [məsləhət]

0
1757

Menstruasiya

Dözülməz menstruasiya sancıları qadınların bütün həyatına təsir edir. Bu ağrılardan xilas olmaq istəyirsinizsə, bu təkliflərə diqqət edin!
Menstruasiya sancıları çox qadının ortaq dərdidir. Belə ki, hər ay müəyyən günlərdə bel, qarın və yumurtalıq bölgələrində spazm şəklində dözülməz ağrılar olur.
Sıxıntı, əsəbilik, halsızlıq kimi menstruasiya əvvəli sindromlar da diqqətə alınarsa, qadınların təxminən on günü bu prosesin çətinliklərilə keçir. İşin ən pis tərəfi, bu ağrılı və çətin müddətdə bəzi qadınlar heç bir tədbir görmürlər. Bəzi qadınlar isə menstruasiya sancılarını aradan qaldırmaq üçün ağrıkəsicilərn köməyinə ümid edir. Halbuki, yeyilən qidalara diqqət yetirməklə menstruasiya sancılarına “dayan” demək mümkündür.

Balıq və yumurta menstruasiya sancısını yüngülləşdirir
Aparılan araşdırmalar duz, yağ və şəkər miqdarını azaldıb, zülal baxımından zəngin olan balıq və yumurtanı çox yeyənlərdə, lifli qidaları süfrəsindən əskik etməyənlərdə menstruasiya sancılarının daha yüngül olduğunu göstərir.
Dəniz məhsullarında, soya paxlasında, süddə  ağrını azaltmaqla yanaşı, adama xoşbəxtlik hissi də verən “trytophan” adlı bir növ amin turşusu olduğunu xatırladan mütəxəssislər bu qidalar sayəsində menstruasiya dövrünün ağrısız keçirilə biləcəyini ifadə edirlər. Menstruasiya əvvəli bədən su toplamağa, sinələr həssaslaşmağa başlayır. İştah ya azalır, ya da adamda həddindən artıq şirin yemə istəyi ortaya çıxır. Bununla bərabər, depressiya, küsəyənlik, gərginlik, narahatlıq kimi romantik dəyişikliklər də görülə bilər. Qadınların 10 %-i menstruasiya əvvəli sindromu (PMS) adı ilə bilinən bu dövrü çox çətin yaşayarlar. Daha çox 20-30 yaşlarda görülən menstruasiya əvvəli sindromunun ən əhəmiyyətli səbəbi hormonal balanssızlıqdır.

Kofeinli içkilərdən uzaq durun!

Hormonlar üzərində təsirləri olan bəzi qidalar isə menstruasiya əvvəli sindromunun qarşısını alır. Məsələn, menstruasiya tarixindən bir neçə gün əvvəl duz azaldılsa, köpmənin qarşısı alına bilər. Kofeinli içkilərdən uzaq dayanmaq isə narahatlıq hissini və sinələrdəki həssaslığı azaldar.
Dietoloqlar bu məsələ haqda belə deyirlər: “Stress, həddindən artıq spirt istehlakı, bəslənmədə yağ nisbəti çoxluğu menstruasiya əvvəli sindromunu sürətləndirən faktorlardır. Şəkər xəstəliklərində də sindrom daha ağır müşahidə edilir. Bu dövrü yüngül keçirmək üçün karbohidratlı qidalardan uzaq dayanmaq lazımdır. Menstruasiya dövründə və menstruasiya əvvəli sindromunda kalsiumun əhəmiyyəti böyükdür.
Kalsiumun 99 %-i sümüklərdə, qalanı da qandadır. Qandakı kalsium əzələ və sinir sistemini təmin edir. Qandakı kalsiumun səviyyəsi aşağı düşdükdə bundan əzələ və sinir sistemi mənfi istiqamətdə təsirlənir. Belə bir vəziyyətdə menstruasiya əvvəli sindromu daha güclü yaşanır.

Kalsium, B vitamini, E vitamini, sink və maqnezium baxımından zəngin qidalar qəbul etmək lazımdır. Yəni bol-bol qara üzüm, yumurta, balqabaq, kartof, qovun, fındıq, qoz, banan, ciyər, dəniz məhsulları və balqabaqdan istifadə etmək məsləhət görülür”. [qadın.net]

FİKRİNİZİ BİLDİRİN

Please enter your comment!
Please enter your name here