10 mart 2013 aksiyası [video]

0
566

Bugün Bakıda gənclərin təşkil etdiyi aksiya baş tutub. Aksiyaya hazırlıq və xəbər yayılmaları facebook sosial şəbəkəsi vasitəsilə həyata keçirilirdi. Polis aksiya başlamamışdan bir-neçə saat öncədən Fəvvarələr meydanında xüsusi barrikadalar qurmuşdu. Aksiya başladıqdan sonra, gənclərin üzərinə su şırnağı və rezin güllələrdən atəş açılmışdır. Təşkilatçılığın olmaması tezliklə aksiyanın dağılmasına gətirib çıxartdı. Aksiyaçılar “Əsgər ölümünə son”, “Ali Baş Komandan cavab ver bizə” kimi şüarlar səsləndiriblər. Əsas tələb isə Milli Ordumuzda tez-tez baş verən ölüm hadisələri və özbaşınalıqlardır.

FİKRİNİZİ BİLDİRİN

Please enter your comment!
Please enter your name here