“Qeyri-adi heç bir şey yoxdur, adi yol qəzasıdır”.
Bu görüntülərə baxdıqda, baş verən dəhşətli cinayətin miqyasını anlamaq olur.
Moruq.Net və Oxu.Az 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə Bakıda törədilmiş qətliamdan sonra çəkilmiş tarixi görüntüləri təqdim edir.
Videoda diqqəti çəkən və o dövrkü rəhbərliyin baş verənlərə münasibətini açıq aşkar göstərən bir məqam isə bundan ibarətdir:
Üzərindən tankın keçdiyi, içində Sumqayıta işə gedən azərbaycanlı alimlərin olduğu maşını göstərən sovet hərbçisi bunları deyir:
“Qeyri-adi heç bir şey yoxdur, adi yol qəzasıdır”.