20 Yanvar – artıq 23 il keçdi

0
364

Salam aleykum, əziz müsəlmanlar.

23 il öncə baş vermiş qanlı hadisələri kədərlə yad edir, azadlığımız üçün canlarından keçmiş hər bir Azərbaycan vətəndaşını qürurla anırıq. Azərbaycan xalqı 23 il öncə haqqsızlıq görəndə necə küçələrə axışıb, tankların, güllələrin qabağında durdusa bu qalan bütün nəsillərə qəhrəmanlaıq dastanı kimi nümunə oldu. Bugün də haqqsızlıq gördükdə və haqqsızlığa susduqda həmin gün canlarından keçmiş kişi və qadınları yada salmaq lazımdır. Bu faciəyə sadəcə faciə gözü ilə baxmaq lazım deyil, nəticələr çıxartmaq lazımdır. Onların düşmənlə vuruşmağa, müqavimət göstərməyə silahları yox idi. Əli açıq çıxırdılar düşmənin qabağına. 06 ya 07-də gedirdilər tankların üstünə. Kamazlar və avtobuslarla kəsirdilər tankların qabağını. Bunların hamısını əzbər bilirik. 23 ildi dayanmadan deyirik. Nəticə çıxartmaq lazımdır.

Bütün şəhidlərimizin əziz xatirəsinə.

Bizə də qismət olsun!

FİKRİNİZİ BİLDİRİN

Please enter your comment!
Please enter your name here