2013-cü ildə uşaqlara ən çox hansı adlar qoyuldu [siyahı]

0
1138

balaca bebeler (6)

Qız adları arasında ikinci yeri Nuray adı tutur.

Azərbaycanda uşaqlara qoyulan adlar içərisində oğlan adlarından Yusif, qız adlarından Zəhra birinci yeri tutur.

Moruq.Net Media forum-a istinadən xəbər verir ki, 2013-cü ildə Azərbaycanda doğulan oğlan uşaqlarından 3501 nəfərinə Yusif, qız uşaqlarından 3303 nəfərinə isə Zəhra adı qoyulub.

Oğlan adları içərisində sonrakı yerlərdə Əli (2439 uşağa bu ad verilib), Hüseyn (2300), Ömər (1690), Məhəmməd (1643), Ayxan (1064), İbrahim (1063) gəlir. Oğlan uşaqlarına qoyulan başqa adların sayı 1000-dən az olub.

Qız adları arasında ikinci yeri Nuray (2719), üçüncü yeri Fatimə (2552) tutur. Sonrakı yerlərdə Aylin (1742), Zeynəb (1596), Xədicə (1366), Mədinə (1159), Leyla (1103), Fidan (1099), Gülay (1015), Məryəm (1014) gəlir. Qız uşaqlarına qoyulan başqa adların sayı 1000-dən az olub.

FİKRİNİZİ BİLDİRİN

Please enter your comment!
Please enter your name here