2014-cü ildə uşaqlara ən çox qoyulan adlar açıqlandı

0
1448

bebe sekilleriDini adlar üstünlük təşkil edir.

Ötən il ərzində Azərbaycanda doğulan uşaqlara qoyulan adlar arasında üstünlük təşkil edən adların siyahısı açıqlanıb.

Oxu.Az xəbər verir ki, Ədliyyə Nazirliyindən APA-ya verilən məlumata görə, oğlan adları arasında ən çox populyarlıq qazanan ad Yusif adıdır.

Belə ki, ötən il ərzində doğulmuş oğlan uşaqlarından 3967 nəfərə Yusif adı verilib.

Daha çox qoyulan oğlan adları arasında Hüseyn (2610), Əli (2526), Murad (1717), Ömər (1611), Məhəmməd (1446), Ayxan (1078), Uğur (1021), İbrahim (987), Tunar (907), Kənan (890) da var.

Qız uşaqlarına verilən ən populyar ad isə Zəhra adıdır. Belə ki, 3608 uşağa Zəhra adı verilib. Populyarlıq qazanan digər qız adları isə Nuray (2538), Fatimə (2504), Aylin (1803), Ayan (1694), Zeynəb (1693), Xədicə (1244), Mədinə (1170), Mələk (1163), Məryəm (1162), Leyla (1112) adlarıdır.

Qeyd edək ki, Zəhra və Yusif adları son beş ildə Azərbaycanda ən çox qoyulan adlar siyahısında birinci yeri tuturlar.

FİKRİNİZİ BİLDİRİN

Please enter your comment!
Please enter your name here