Azərbaycanlı müəllimlər türkiyəli həmkarlarından 5 dəfə az maaş alır.
Azərbaycanda müəllimlərin maaşı uzun illərdir müzakirə olunur.
Təhsil işçilərinin əməkhaqları sonuncu dəfə bu ilin avqustunda 10 faiz artırılıb. İndi azərbaycan müəllimi orta hesabla ayda 200-300 manat arası maaş alır. Bu isə ilə 3000-3700 dollar deməkdir.
Moruq.Net Oxu.az saytına istinadən xəbər verir ki, Modern.az saytı azərbaycanlı müəllimlərlə bəzi xarici həmkarlarının maaşını müqayisə edib.
Mənzərə ilə siz də tanış olun:
Azərbaycan müəllimi – stajdan asılı olaraq ildə 3000-3700 dollar;
Lüksemburq müəllimi – stajdan asılı olaraq ildə 50-98 min avro;
Belçika müəllimi – stajdan asılı olaraq ildə 30-50 min avro;
Fransa müəllimi – stajdan asılı olaraq ildə 18-58 min avro;
Almaniya müəllimi – stajdan asılı olaraq ildə 35-58 min avro;
Böyük Britaniya müəllimi – ildə orta hesabla 34 min avro;
Türkiyə müəllimi – ildə 12-18 min avro;
Polşa müəllimi – ildə 7-12 min avro;
Slovakiya müəllimi – ildə 7-13 min avro;
Rusiya müəllimi – ildə 7-25 min dollar;
İsrail müəllimi – ildə 15-30 min avro.
Ermənistan müəllimi – ildə 2500 dollar;
Gürcüstan müəllimi – ildə 2500 dollar.