
Saytımızın Ziyarətçiləri arasında keçirilən “Telefonumun markası” adlı səsvermə sona yetdi.
Səsvermədə iştirak edən hər bir İstifadəçiyə minnətdarlığımızı bildiririk.
Sorğuda 373 nəfər iştirak etdi.
Nəticələr bunlardır:
Nokia istifadəçilərinin sayı ən çoxdur. 233 nəfər (62%) Nokia istifadə etdiyini bildirib.
2- ci yerdə 53 nəfərin (14%) istifadə etdiyi Samsung-dur.
3-cü yerdə 27 nəfər (7%) BlackBerry istifadəçiləridir.
4-cü yerdə 21 nəfərlə (6%) Apple-ın istehsalı İPhone istifadəçiləridir.
5-ci yeri eyni say ilə 11 nəfərlə (3%) Sony-Ericcson və 11 nəfər (3%) başqa mobil telefon markasından istifadə edənlər bölüşür.
6-cı yerdə HTC istifadəçiləridir. Onların sayı 9 nəfərdir (~3%).
7-ci yerdə isə çox təəssüflə qeyd etməliyik ki Çin istehsalı (kitayski) olan mobil telefonlardan istifadə edənlərdir. Daha keyfiyyətli mallara üstünlük versəniz yaxşı olar. Onların sayı 8 nəfərdir. (~2%)
Moruq.Net saytı olaraq keyfiyyətli və Sizin tələblərinizə cavab verən mobil telefonlardan istifadə etməyinizi tövsiyyə edirik.
Bizim seçimimiz BlackBerry-dir!
P.S. Yeni səsverməyə start verildi. Bu dəfə saytımızın istifadəçilərinin hansı Antivirusa üstünlük verdiklərini aydınlaşdıracağıq.