Ağcaqanadın qan sorması ilk dəfə lentə alındı [video]

0
1064

agcaqanad

Fransız alimləribir ağcaqanadın qan sormaq üçün damara iynəsini soxmasını və qanı sormasını ilk dəfə lentə alıb.

Parisdə yerləşən Pasteur İnstitutunun əməkdaşları, yatmış vəziyyətdə olan bir siçanı mikroskop altına uzadaraq xüsusi bir yöntəmlə qan damarlarını kameraya çəkib.

Xüsusi ağzı ilə hədəfi tapır

Laboratoriya şəraitində bir ağcaqanadın siçanı dişləməsi təmin edildi. Ağcaqanadların iynəni soxduqdan sonra qan əmmədikləri, damarı axtarmaq üçün dəqiqələr lazım olduğu ortaya çıxdı. Ağcaqanadın xüsusi ağız nahiyəsilə doğru bucaq altında qan damarını hədəf aldığı məlum olub.

Damara ziyan vurulur

Təcrübələr sırasında məlum olub ki, bir ağcaqanadın qan sorma müddəti 4 dəqiqədir. Qırmızı qan hüceyrələrinin ağcaqanadın ağzına sanki hücum etdiyi də məlum olub. Qan sorma prosesində damarın çökməsi, zədələnməsi və qanın ətrafa yayılması da müşahidə olunub. Ağcaqanadın bu qan gölünə dönən hissədən dəqiqələrcə bəsləndiyi ortaya çıxıb.

Video görüntülərin daha dəqiq incələnməsi ağcaqanad vasitəsilə yayılan yoluxucu xəstəliklərin gələcəkdə daha tez qarşısının alınmasına yardımçı olacaq.

ŞƏRH YOXDUR

FİKRİNİZİ BİLDİRİN