Ankarada Etnoqrafiya Muzeyində saxlanan Bibliya Vatikanı şoka saldı

0
816

elyazma bibliya

“İsa çarmıxa çəkilməyib, Pavel fırıldaqçıdır”.

Türkiyədə aşkarlanmış 1500 illik Bibliya Vatikanda ciddi narahatlıq doğurub.

Moruq.Net ANS PRESS-ə istinadən xəbər verir ki, Bibliyada Məsih İsanın ilk tələbələrindən biri olmuş və həvari Pavellə birlikdə səyahət etmiş Varnavanın yazdığı İncil var. Kitab 2000-ci ildə aşkarlanıb və Ankaradakı Etnoqrafiya Muzeyində saxlanır.

Dəridən hazırlanmış kitab Məsih İsanın danışdığı arami dialektində yazılıb, səhifələri keçən zaman ərzində qaralıb. Kitabı qiymətləndirən ekspertlər onun gerçək olduğunu bildiriblər.

Kitabla tanış olmuş Tehran ekspertləri bildirirlər ki, mətnlərə görə, İsa çarmıxa çəkilməyib, Tanrının oğlu olmayıb, amma peyğəmbər olub və Pavel fırıldaqçıdır. Kitabda həmçinin bildirilir ki, İsa diri-diri göyə qalxıb. O, çarmıxa çəkilməyib və onun yerinə İuda İskariotu çarmıxa çəkiblər. Həmçinin mətnlərdə İsadan sonra sonuncu peyğəmbərin gələcəyi də vurğulanıb.

Vatikan kitab barədə ciddi narahatlıq bildirib və Türkiyə hakimiyyətindən katolik kilsəsinin ekspertləri ilə birlikdə kitabın içindəkiləri katolik kilsəsində qiymətləndirməyi xahiş edib. Bildirilir ki, 325-ci ildə Nikeya kilsə məclisində katolik ekspertlər İncilləri araşdıraraq onların bəzi nümunələrini, o cümlədən Varnavanın İncilini məhv ediblər.

FİKRİNİZİ BİLDİRİN

Please enter your comment!
Please enter your name here