Avtobuslarda kart sisteminin tətbiqinə başlandı

0
1058

kart3

Həmin kartların qiymətləri açıqlanıb.

Azərbaycan Nəqliyyat Nazirliyi Bakıda ictimai nəqliyyatda gediş haqlarının kartla ödənişi sisteminin tətbiqinə başlayıb.

Moruq.Net Oxu.az-a istinadən xəbər verir ki, Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənovun  bildirdiyinə görə, kartın qiyməti 3 manatdır, ondan 2 manatı sığorta depozitidir, 1 manat isə balansa yüklənilir.

Artıq 1 milyona yaxın kart sifariş verilib. Kartlar Bakıda fəaliyyət göstərən 80 köşkdə satılır.

kart2

Hazırda kartlar 10 və 95 saylı marşrutlarda tətbiq olunur. Fevralın sonuna kimi kart sistemi 36 marşrut xətti üzrə hərəkət edən 250 avtobusda tətbiq olunacaq.

Bu prepaid-kartlar MasterCard bazasında Bank of Azerbaijan tərəfindən buraxılıb. Elə həmin bankın filiallarında da kart əldə etmək olar.

N.Həsənov bildirib ki, artıq təxminən 450 min kart hazırdır:

“Daha bir milyon kart əlavə olaraq sifariş edilib. Kartları Bakıda fəaliyyət göstərən köşklərdən, eləcə də Bank of Azerbaijan-ın filiallarından əldə etmək olar”.

Xüsusi qurğular – verifikatorlar artıq paytaxtda fəaliyyət göstərən 1000 avtobusda quraşdırılıb.

kart

N.Həsənov onu da bildirib ki, kartın balansını köşklərdə, eləcə də xüsusi loqotip olan satış nöqtələrində artırmaq olar

FİKRİNİZİ BİLDİRİN

Please enter your comment!
Please enter your name here