Azərbaycanda körpələrə verilən adların siyahısı açıqlandı

zehra (5)

İlk pillələrdə yenə də dini adlar dayanır.

2013-cü il ərzində Azərbaycanda yeni doğulmuş uşaqlara verilən adlar arasında üstünlük təşkil edən adların siyahısı açıqlanıb.

Moruq.Net Oxu.Az-a istinadən xəbər verir ki, Ədliyyə Nazirliyindən APA-ya verilən məlumata görə, 2013-cü ildə doğulmuş oğlan uşaqlarına ən çox verilən ad Yusif olub. 2512 oğlan uşağına Yusif adı verilib. Daha sonra üstünlük təşkil edən oğlan adları Əli (1786), Hüseyn (1621), Məhəmməd (1214), Murad (1068), , Kənan (710), Fərid (567) adları olub.

Qız adlarından ən çox üstünlük verilən ad isə Zəhra adı olub. Belə ki, 2371 nəfərə bu ad verilib. Daha sonra üstünlük təşkil edən adlar Nuray (2006), Fatimə (1832), Zeynəb (1159), Xədicə (1000),  Fidan (838) adları olub.

Onu da qeyd edək ki, ötən il də üstünlük təşkil edən adlar Yusif (2649) və Zəhra (2430) olub.

ATTILA

Qapımız hər kəsə açıqdır!

Tövsiyə olunan məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir