Azərbaycanda prezident və nazirlər nə qədər maaş alır?

0
525

ilham_eliyev

İlham Əliyevin maaşı 8 ildir ki, dəyişmir.

9 oktyabrda keçirilmiş seçkilərdən sonra Azərbaycanın növbəti 5 il üçün prezidenti and içdi və Nazirlər Kabinetinin yeni tərkibi formalaşdı.

Moruq.Net Oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev 8 ildir eyni məbləğdə maaş alır – 15 000 manat.

Azərbaycan prezidenti öz maaşının artırılmasını 2005-ci ildə dayandırıb. Onun təşəbbüsü ilə Azərbaycan prezidentinin “minimum əmək haqqının 600 misli” qədər maaş alması müddəası Seçki Məcəlləsindən çıxarılıb və dövlət başçısının maaşı 15 min manat müəyyən edilib. Həmin dövrdən bəri ölkədə minimum əmək haqqı dəfələrlə artırılsa da, bu, prezidentin maaşına təsir etmir.

Azərbaycanda Baş nazirin aylıq məvacibi 2406 manatdır. Baş nazirin 1-ci müavini 2125 manat, müavinləri isə 2031 manat maaş alırlar.

Hökumətin tərkibində yer alan nazirlərin, komitə və fond sədrlərinin aylıq maaşı isə 1875 manat təşkil edir.

FİKRİNİZİ BİLDİRİN

Please enter your comment!
Please enter your name here