Bədənindən cin çıxarılan qız danışdı [video]

0
614

Cin cixarildi

“Buna görə xoşbəxtəm”.

Bir müddət əvvəl internetdə “cinçıxarma əməliyyatı” adı ilə yayılan videogörüntülər böyük-səs küyə səbəb olmuşdu.

Moruq.Net Oxu.Az və FaktXeber.com saytlarına istinadən xəbər verir ki, bəzi KİV-lər ümumiyyətlə, cinlərin mövcudluğunu ekspertlərin rəyi ilə inkar edib, digərləri isə buna əks arqument gətiriblər. Azərbaycanda cinlərin insan bədəninə daxil olması isə 24 yaşlı Goranboy sakini Əliyeva Lamiyənin məruz qaldığı hadisədən sonra daha da aktuallaşıb.

Bir neçə gün öncə yerli telekanalların birinə dəvət olunan və ekstrasens tərəfindən müayinə olunsa da dərdinə çarə tapılmayan və verilişarası fasilədə kanaldan kənarlaşdırılan Lamiyə xanımı saytımızın suallarını cavablandırmağa razı saldıq. Özünün dediyi kimi bir müddət əvvəl cinlərin təzyiqi ilə üzləşmiş 1990-cı il təvəllüdlü Lamiyə hazırda bütün problemlərinin geridə qaldığını açıqlayıb.

Goranboy sakini Əliyeva Lamiyə bildirib ki, “cincıxartma” mərasimindən sonra həyata sanki ikinci dəfə gəlib. O, hətta cinə və onun çıxarılmasına inanmayanlara da etirazını bildirib.

Hazırda normal həyata qayıtdığını və adi insanlar kimi qida qəbul etmək, danışmaq, gülmək və s. kimi hisslərə malik olan qız, buna görə xoşbəxt olduğunu vurğulayıb.

ŞƏRH YOXDUR

FİKRİNİZİ BİLDİRİN