Bakı Beynəlxalq Avtovağzalında online bilet satışı [video]

0
2382

vagzal“Bu sistem həmin kompleksin əməkdaşlarının da işini rahat edəcək”.

Bakı Beynəlxalq Avtovağzalında bilet satışında ciddi dəyişiklik edilib.

Moruq.Net APA TV-yə istinadən xəbər verir ki, bunu Nəqliyyat Nazirliyi Katibliyinin rəisi Namiq Həsənov bildirib.

Onun sözlərinə görə, noyabr ayının 1-dən etibarən Bakı Beynəlxalq Avtovağzal Kompleksində şəhərlərarası və beynəlxalq müntəzəm reyslərlə yola düşən avtobuslara onlyan bilet satışı həyata keçirilməyə başlanıb:

“Artıq istənilən vaxt avtovağzala gəlmədən, BBAK-nın saytına (www.bbak.az ) daxil olaraq, onlayn şəkildə bilet almaq mümkündür. Onlayn şəkildə bilet sifariş verən şəxslər avtobusları yola düşməzdən bir saat öncə biletlərini əldə edə biləcəklər. Onlayn biletləri plastik kartlarla ödəniş etməklə əldə etmək mümkündür”.

N.Həsənov bu yeniliyin üstünlüyündən danışarkən deyir ki, biletlərin onlayn satış sistemi ilk növbədə vaxta qənaət etməyə imkan verəcək:

“Məsələn, adətən bayram ərəfəsində sərnişinlərin xüsusi sıxlığı müşahidə olunur. Buna görə də 10 gün əvvəlcədən BBAK-ya gedib, bilet almaq lazım olurdu. Lakin artıq onlayn sistemlə onlar avtovağzala getmədən bilet ala biləcəklər”.

Nazirliyin nümayəndəsi həmçinin bu sistemin şəffaflığa da yol açacağını deyir. Namiq Həsənov hesab edir ki, biletlər Bakı Beynəlxalq Avtovağzal Kompleksinin saytında dəqiq saylarla göstəriləcək. Bu sistem həmin kompleksin əməkdaşlarının da işini rahat edəcək. Bu cür satışla əldə olunan gəlir də birbaşa büdcəyə daxil olacaq.

Namiq Həsənov yeniliklə əlaqədar şəhərlərarası və beynəlxalq müntəzəm reyslərlə yola düşən avtobuslarda qiymətlərlə bağlı heç bir dəyişikliyin olmadığını qeyd edib.

FİKRİNİZİ BİLDİRİN

Please enter your comment!
Please enter your name here