Bakıda 13 yaşlı qız zorlandı [hadisə]

0
954

zorlama2

“O məni öz avtomobilində zorlayıb”.

Xəzər rayonu 1-ci Polis Bölməsinə azyaşlının zorlanması barədə məlumat daxil olub.

Moruq.Net Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Xəzər rayonu Polis İdarəsindən bildiriblər.

Məlumata görə, dekabrın 3-də Qala kənd sakini M.A. polisə müraciət edərək, deyib ki, onun 13 yaşlı qızı Ş.A. dekabrın 2-də axşam saat 22:00 evdən çıxıb və dekabrın 3-ü saat 11:00 radələrində evə qayıdıb.

Azyaşlı qız “sən harada idin?” sualına isə, onu qonşuluqda yaşayan 29 yaşlı M.Aliquliyevin oğurladığını söyləyib.

13-yaşlı qızın sözlərinə görə, qonşu oğlan onu öz avtomobilində zorlayıb, sonra isə buraxıb.

Hal-hazırda müstəntiqlər qızın anasının verdiyi məlumatı yoxlayır.  Oğlanın günahı olub olmadığı sübuta yetirilmədiyi üçün, o hələ saxlanılmayıb.

ŞƏRH YOXDUR

FİKRİNİZİ BİLDİRİN