Bakıda 8-ci sinif şagirdi zorlanıb

0
703

zorlandı

Polislər şikayətlənirlər: “Dəhşətli bir şey baş verir, ailə dəyərləri itib!”

Azərbaycanın daxili işlər orqanlarının əməkdaşları həyəcan təbili çalırlar. Son vaxtlar çoxlu sayda yeniyetmə qızlar azadlıq və müstəqillik axtarışı adı altında evdən qaçırlar. Lakin bunun əvəzinə küçədə zorakılıq və amansızlıqla qarşılaşırlar.

Moruq.Net Oxu.az-a istinadən xəbər verir ki, Bakının Xəzər rayonunun Polis İdarəsindən verilən məlumata görə, 22 gün əvvəl Binə qəsəbəsində 14 yaşlı S.V. (adı etik səbəblərdən açıqlanmır) itkin düşüb.

Qızın valideynləri bu barədə rayonun 1-ci polis bölməsinə bildiriblər.

Noyabrın 21-də həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 8-ci sinif şagirdi Bakının Səbayıl rayonu ərazisində tapılıb. Məlum olub ki, qız azadlıq hissini dadmaq üçün evdən qaçıb.

Lakin ilkin araşdırma zamanı məlum olub ki, S.V. gecə saat üç radələrində Səbayıl rayonundakı kafelərdən birinin ayaqyolusunda qeyri-ənənəvi yolla zorlanıb. Buna görə də, qaçqın qız evə qayıtmağa qorxurmuş. Bundan başqa, əməliyyatçılar zorlamaqda şübhəli bilinən 22 yaşlı gənci də tapıblar və məktəbli onu tanıyıb. Lakin saxlanılmış şəxs günahını etiraf etmir.

“Dəhşətli bir şey baş verir. Ailə dəyərləri itib. Uşaqlar evdən qaçırlar. Valideynlər uşaqlardan uzaqlaşır, onların tərbiyəsi ilə məşğul olmurlar, fəlakət gələndə isə başlarını tuturlar” – deyə, 1-ci polis bölməsindən bildiriblər.

Hazırda faktla bağlı araşdırma aparılır. Yetkinlik yaşına çatmayan qızın 20 gün ərzində nə ilə məşğul olması araşdırılır.

FİKRİNİZİ BİLDİRİN

Please enter your comment!
Please enter your name here