Bakıda alçanın 1 dənəsi 10 manata satılır

0
1147

alca

İstehsalçılar vəziyyətdən istifadə edərək alçanı istədikləri qiymətə satışa qoyurlar.

Azərbaycanın paytaxtında alçanın kilosu rekord həddə çatıb.

Moruq.Net Oxu.Az-a xəbər verir ki, bu mövzu ilə əlaqədar Kaspi.Az-ın əməkdaşları bir neçə ticarət mərkəzində araşdırma aparıblar.

Araşdırma zamanı məlum olub ki, “28 Mall”da yerləşən “Bazar Store”-da, alçanın kilosu 10 manat yox, 1 ədədi 10 manat satırlar; 28 may metrosu yaxınlığında yerləşən “Grand Marketə” alçanın 1 ədədini 11 manat 50 qəpiyə;

Hətda istehlakçıların verdiyi məlumatlarına görə, “Təzə bazar” adlanan ticarət mərkəzində alçanın 1 kiloqramı 500 manata satılır.

Məlum olduğu kimi, qış vaxtında alça istəyənlərin əksəriyyəti uşaq gözləyən qadınlar olur və qiymət neçəyə olursa, olsun onu almaq məcburiyyətində qalırlar. Bizim istehsalçılar da bu vəziyyətdən istifadə edərək alçanı istədikləri qiymətə satışa qoyurlar.

ŞƏRH YOXDUR

FİKRİNİZİ BİLDİRİN