Bakıda intihar hadisəsi belə lentə alındı [video]

0
650

korpu intihar

Gənc oğlan heç bir psixoloji bağlantıya girməyib.

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda gecə saatlarında gənc oğlanın körpüdən atılaraq intihar etməsi ilə bağlı məlumat yayıb.

Moruq.Net Oxu.Az-a istinadən xəbər verir ki, FHN-nin saytının yaydığı xəbərə görə, qurumun “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonunda 1 nəfərin  intihar etmək məqsədilə körpünün üzərinə çıxması barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb.

Xilasedicilər tərəfindən intihar cəhdinin qarşısını almaq üçün təhlükəsizlik yastığı quraşdırılıb, alpinist ləvazimatlarının və müvafiq xilasetmə avadanlıqlarının hazırlanması işləri, vətəndaşların təhlükəsiz məsafəyə uzaqlaşdırılması təmin edilib.

Xilasedicilər intihar etmək istəyən şəxslə müvafiq psixoloji söhbətlərin aparılması üçün cəhd etsələr də, vətəndaş heç bir psixoloji bağlantıya girməyib və intihar niyyətini həyata keçirib.

O, körpünün qoruyucu dirəklərinə dəyərək təhlükəsizlik yastığının üzərinə düşüb və dərhal Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilib.

Təxminən 20 yaşlarındakı gənc təcili yardım vasitəsi ilə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Xəstəxanadan APA-ya verilən məlumata görə, hələlik şəxsiyyəti müəyyənləşdirilməyən şəxsin həyatını xilas etmək mümkün olmayıb.

FİKRİNİZİ BİLDİRİN

Please enter your comment!
Please enter your name here