Bakıda mağazalar məhsul satışını dayandırdılar [foto]

0
853

11000436_789483811100297_1050022409838140326_nMəhsulların qiymətləri yenidən müəyyənləşdirilir.

Valyuta məzənnələrində dəyişikliklər edilməsindən sonra iri supermarketlərdə və topdan satış məntəqələrində satışlar suni şəkildə dayandırılıb.

Moruq.Net Oxu.Az-a istinadən xəbər verir ki, bunu ANS PRESS-in “qaynar-xətti”nə müraciətində paytaxt sakinləri bildiriblər.

Sakinlər deyir ki, bəzi mağazalar ümumiyyətlə məhsul satışını dayandırıb.

Fəaliyyətinə fasilə verən ticarət obyektləri hətta mağaza işçilərini belə içəri daxil olmasına imkan verməyib. İddia olunur ki, dollar və avronun bahalaşmasından sonra market və topdansatış məntəqələrində məhsulların qiymətləri yenidən müəyyənləşdirilir.

Məhz bu səbəbdən ticarət obyektləri əllərindəki məhsulları indiki qiymətlərlə satmaq istəmirlər.

Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 21 fevral 2015-ci il tarixinə valyuta məzənnələrində dəyişikliklər edilib. 1 avronun rəsmi məzənnəsi 1.19 AZN, 1 ABŞ dollarının rəsmi məzənnəsi isə 1.05 AZN səviyyəsində müəyyən edilib.

10993438_789483854433626_7047917892078369591_n

FİKRİNİZİ BİLDİRİN

Please enter your comment!
Please enter your name here