Bakıda orta məktəbdə etiraz aksiyası keçirilib [video]

0
879

177 mekteb aksiya

Bakıda 177 saylı orta məktəbdə aksiya keçirilib.

Moruq.Net Oxu.az-a istinadən xəbər verir ki, hadisə yerində olan Bakı Şəhər Təhsil İdarəsinin aparıcı məsləhətçisi Xəyyam Fərəcov APA-ya açıqlamasında bildirib ki, 177 saylı məktəbin direktoru Əqidə Məmmədova öz ərizəsi ilə müraciət edərək məzuniyyətə getmək istədiyini bildirib.

Bundan sonra o, məzuniyyətə göndərilib və Təhsil Nazirliyinin müvafiq əmri ilə 60 saylı məktəbin direktoru Həqiqət Məmmədova 177 saylı orta məktəbdə direktorun vəzifəsini müvəqqəti icra etmək üçün təyin edilib. Lakin həmin direktorun məktəbə daxil olmasına icazə verilmir.

Aksiyaçılar məktəbin dərs hissə müdiri Afilə Cəfərovanın direktor təyin olunmasını tələb edirlər.

FİKRİNİZİ BİLDİRİN

Please enter your comment!
Please enter your name here